Ana yeni doğulan körpəsini unitaza atdı
Bizi izləyin

Qırmızı.az

Ana yeni doğulan körpəsini unitaza atdı

Çində ana yeni doğulan körpəsini öldürməyə çalışıb. Körpə son anda xilas edilib.



Qarın ağrısı ilə xəstəxanaya gedən qadın hamilə olduğunu bilməyib. Tualetdə sancıları tutan qadın körpəsini elə buradaca dünyaya gətirib. Onu unitaza ataraq suyu çəkib. Ancaq körpənin ağlaması onun həyatını xilas edib.



Həmin vaxt xəstəxanada gecə növbəsində olan həkim səsləri eşidib. Həkim dərhal səsin tualetdən gəldiyini müəyyən edərək ora girib. Təhlükəsizlik xidmətinin köməyi ilə tualetin qapısı sındırılıb və içərisindəki qorxunc mənzərə ortaya çıxıb.



Unitaza salınmış körpənin gödək bağı belə kəsilməmiş olub. Uşaq dərhal oradan çıxarılıb və reanimasiyaya qoyulub. Adı açıqlanmayan ana və körpənin vəziyyəti normaldır./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm