Bakıda uşaq poliklinikası yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda uşaq poliklinikası yandı

Bu gün Bakıda yanğın hadisəsi baş verib. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasında baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub.

Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm