Məmməd Beydullayevin adı istintaqda - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Məmməd Beydullayevin adı istintaqda - ÖZƏL

Məmməd Beydullayevin adı istintaqda - ÖZƏL

Hazırda həbsdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov ifadəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayevin adını çəkib.

Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat verilib.

Məlumata görə, Ş.Sultanov ona qarşı edilən ittihamlarla bağlı onun əvəzinə M.Beydullayevin dindirilməsini doğru sayıb.

Xatırladaq ki, Zakir Həsənov yeni müdafiə naziri vəzifəsinə təyin olunandan az sonra M.Beydullayev də tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib.

Onu da bildirək ki, Şahin Sultanov bu il aprelin 23-də Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm