Həbsxanada corabının içindən "telefon dəsgahı" çıxdı
Bizi izləyin

Qırmızı.az

Həbsxanada corabının içindən "telefon dəsgahı" çıxdı

Həbsxanaya mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Həbsxanaya mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3; 228.4; 182.3.2, 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əynində olan corabın içərisindən bir ədəd "Kenxinda" markalı mobil telefon aparatı, bir ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş mikrosxem, bir ədəd "Azercell" və iki ədəd "Bakcell" danışıq kartı və bir ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm