Məleykə Abbaszadə: “Sözüm keçmir” - (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə: “Sözüm keçmir” - (YENİLƏNİB)

İlk qəbul imtahanı mayın 11-də keçiriləcək

“III qrupda bizdə bakalavr səviyyəsində 25864 abituriyent qeydiyyatdan keçib, onlardan təxminən 287-i jurnalistika imtahanında iştirak etmək istəyir . Bunlardan neçəsi 250 baldan yuxarı nəticə göstərəcək biz bilmirik. Keçən il jurnalistika ixtisasına bakalaviriat səviyyəsində birinci yerdə yazan 2 min nəfər olmuşdu, onlardan təxminən 300-ü həmin ixtisasa qəbul olunmuşdu”.

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Günün nəbzi”verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, jurnalistika ixtisasına əlavə qabiliyyət imtahanın verilməsi birinci ildir tətbiq olunur deyə, sənəd qəbulu başa çatsa da, III qrupa sənəd verən abituriyentlərə jurnalistikanı seçmək üçün daha bir həftə şans veriləcək: “ Çünki 287 nəfər jurnalistikaya qəbul olunsa belə, bu fakültədə boş yerlər qalacaq. Bu məsələdə Mətbuat Şurasının qərarının keçərli oldu. Əlavə imtahanlar nəzərdə tutulanda biz müsabiqə vəziyyətini də nəzərə almalıyıq. Bunu Mətbuat Şurası istədi ki, jurnalistikanı seçən abituriyentlər əlavə esse yazsınlar. Ona görə biz sənəd qəbulu zamanı o uşaqlar üçün xüsusi elektron ərizə hazırlamışıq ki, kim jurnalistikanı istəyir orada qeydiyyatdan keçməlidir. Onlar test imtahanlarından müvafiq bal toplayandan sonra esse yazacaqlar, esseni də Mətbuat Şurasının üzvləri qiymətləndirəcək. Mənə elə gəlir ki, təlim-tədris proseslərində, hansısa ixtisaslarda müasir dövrün tələblərinə uyğunlaşmayan problemlər var və burada çox şeyi dəyişmək lazımdır. Nədənsə elə başa düşülür ki, imtahan formasını dəyişməklə bu proses həll olunacaq. Mən izah etsəm də ki, imtahan formasını dəyişmək problemi həll etmir, nədənsə sözüm keçmir. Məsələ ondadır ki, tədris prosesini dəyişmək lazımdır”.

TQDK rəsmisi magistr pilləsində də jurnalistika ixtisasına seçimdə yerlərin boş qalacağını açıqlayıb: “Magistr pilləsində jurnalistikaya 36 yer var idi, 24 nəfər şifahi müsabiqədən keçdi. Mətbuat Şurasının üzvləri, jurnalistika fakültəsinin müəllimləri, redaktorlar bu prosesdə iştirak etdilər, hamısımı ikini mərhələyə yazı işinə buraxıblar. Amma məlumdur ki, 36 yerə 24 nəfər birinci mərhələni güzəştsiz keçibsə, orda da yerlər boş qalacaq. Mən bu fikirdəyəm ki, magistratura pilləsində ixtisas seçimi imkanları daha gemiş olmalıdır və biz bunu jurnalistika üçün yaratmışıq. Misal üçün təhsil haqqında jurnalist nəsə yazmaq istəyirsə, o gərək təhsilin problemlərini də öyrənsin. Təkcə yazmaq qabiliyyəti bu məsələni həll etmir. Hər halda biz təkliflərimizi Mətbuat Şurasına vermişdik”.

***

Bu il birinci dəfədir ki, ali məktəblərə qəbul imtahanı iki mərhələli keçirilir.

Publika.Az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Günün Nəbzi” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birinci mərhələdə əvvəlki ilin məzunları, ikinci mərhələdə isə bu ilin məzunları iştirak edəcək və imtahanlar mərhələli şəkildə keçiriləcək. Əvvəlki illərin məzunları II və III qrup mayın 11-də, I və IV qrupun məzunları ali məktəblərə qəbul imtahanı verəcək. Bu ilin məzunları isə iyul ayında imtahan verəcək.

TQDK sədri bildirib ki, mərhələli imtahan prosesi həm yaş kontingenti, həm də imtahan prosesinin təhlükəsizlik məsələlərini daha yaxşı təşkilinə imkan yaradır: “Biz ümumiyyətlə, bu məsələyə doğru gedirik ki, hər hansı bir kontingent üçün imtahanlar ilboyu təkrar olunsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm