FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Bizi izləyin

Qırmızı.az

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin əməkdaşları 1 may 2014-cü il tarixində Şirvan şəhər 18 saylı orta məktəbinin müəllim və şagird kollektivi ilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirib. Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydalarına riayət etməsi, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınmasında profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə plakat–slaydlar vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları və onların fəaliyyəti, “112” qaynar xətti, yanğın təhlükəsizliyi, “Fövqəladə hallar baş verən zamanı nə etməli”, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm