Mingəçevirdə intihara cəhdin qarşısı alınıb
Bizi izləyin

Qırmızı.az

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

Mingəcevir su anbarının Baş Şirvan su kanalı ərazisində intihara cəhdin qarşısı FHN-nin xilasediciləri tərəfindən alınıb.

Mingəçevir su anbarının Baş Şirvan su kanalı ərazisində intihara cəhdin qarşısı FHN-nin xilasediciləri tərəfindən alınıb.

Publika.az-ın məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mingəcevir su anbarının Baş Şirvan su kanalı ərazisində mühafizə xidməti apararkən su kanalının üzərindəki körpüdən 1 nəfərin özünü suya ataraq intihar etmək niyyətində olduğunu müşahidə ediblər.

Xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm