SOCAR Kürdə batan əməkdaşı barədə açıqlama verdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

SOCAR Kürdə batan əməkdaşı barədə açıqlama verdi (YENİLƏNİB)

SOCAR Kürdə batan əməkdaşı barədə açıqlama verdi

Ötən gün axşam saatlarında Şəmkir rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcı hadisə baş verən vaxt məzuniyyətdə olub.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün dalğıc Kür çayında batıb. Onuin meyidini xilasedicilər sudan çıxarıblar.

Həmin əməkdaş aprel ayının 26-dan məzuniyyətdə olub. Onun məzuniyyəti may ayının 13-də bitəcəkdi. Bədbəxt hadisə işlə bağlı baş verməyib. Allahdan həmin şəxsin ailəsinə səbr diləyirik”, - deyə Nizaməddin Quliyev bildirb.

10:53

FHN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Kürdə batan şəxs onların əməkdaşı deyil. "Həmin şəxs SOCAR-ın dalğıcı olub".

10:37

Ötən gün axşam saatlarında Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb.

Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsəd sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm