Şəkidə "Tarixin canlı səhifələri" vərəqləndi
Bizi izləyin

Qırmızı.az

Şəkidə "Tarixin canlı səhifələri" vərəqləndi

2 may 2014-cü il tarixdə Şəki şəhəri “Xan sarayı”nda MDB məkanında ilk dəfə olaraq tarixi rekonstruksiya formatında təşkil edilmiş "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçirildi.

Gənclər və İdman nazirliyinin həyata keçirdiyi festivalda nazir müavini İntiqam Babayev, Şəki şəhərinin icra başçısı Elxan Usubov və digər qonaqlar iştirak edirdi.

İntiqam Babayev:

“Festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır. Xüsusi ilə qeyd etmək istərdim ki, festival Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunur.”

Nazir müavini onu da qeyd etdi ki, bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı Azərbaycanda bu formatda keçirilən “Tarixin canlı səhifələri” festivalı gerçəkləşdi.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edirdi. Festivalın ilk hisssində tamaşaçılar o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə tanış olub, orta əsr dövrünün eksponatları, duluzçuluq, papaqçılıq, təkəlduz, şəbəkə, dəmirçi və digər qədim sənətləri seyr etmək imkanı əldə etdilər. Festivalın ikinci hissəsində Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırıldı.

Festivalda 200 nəfərə yaxın iştirakçı var idi. Layihənin ideya müəllifi gənclər və idman nazirliyinin əməkdaşı Günay Rəhimova, rejissoru Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımov, rəssam Elşən Sərxanoğlu idi. Layihədə Gənc Tamaşaçılar, Şəki Dram Teatrının aktyorları, gənclər və idman nazirliyinin nəzdində yerləşən atçılıq məktəbinin mütəxəssisləri və s iştirak edirdi.

Qeyd edək ki, Festival Azərbaycanın ümummilli lider, müstəqilliyimizin banisi Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm