Qırmızı.az
Azərbaycanın xalq artisti vəfat etdi
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin Anspress-ə verdiyi məlumata görə, bu gün səhər saatlarda Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə vəfat edib. Onun sözlərinə görə, bəstəkar yuxuda olarkən keçinib.
Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Aqşin Əlizadə 1937-ci il, 22 may
tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət
Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata
Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma
(1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı"
festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan
"Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı
təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus
eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri
virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional
genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma
mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət"
baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar",
"Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay",
kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd
suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim
oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii
film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Azərbaycanın “Şöhrət” ordeni (1997) və “Şərəf”
ordeni (2012) ilə təltif edilib.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO