Qırmızı.az
Təcili tibbi yardım maşını qəza törətdi, tibb işçisi yaralandı
Bakının Nəsimi rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.
37 yaşlı Zəfər Abdullayevin idarə etdiyi "Opel" markalı minik
maşını 43 yaşlı Arif Hüseynovun idarə etdiyi təcili tibbi yardım
avtomobili ilə toqquşub. Avtoqəza nəticəsində təcili tibbi yardım
maşınında olan bir tibb işçisi yüngül xəsarət alıb. Həmin şəxsə elə
hadisə yerində lazımi tibbi yardım göstərilib.
Hadisənin baş verməsi səbəblərinə gəlincə, hər iki nəqliyyat
vasitəsinin sürücüsü günahı bir-birində görür.
Şahidlərinin sözlərinə görə isə qəzaya təcili tibbi yardım
avtomobilinin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi
səbəb olub. Bu zaman hətta avtomobilin xəbərdaredici həyəcan
işıqları da sönülü vəziyyətdə olub.
Təcili tibbi yardım avtomobilinin paytaxtda fəaliyyət göstərən özəl
klinikalardan birinə məxsus olduğu bildirilir.
Yol qəzasının dəqiq başvermə səbəbləri Nəsimi Rayon Polis
İdarəsinin istintaqçıları tərəfindən araşdırılır.
ANS PRESS
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək