Qırmızı.az
Zakir Həsənov Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 May - faşizm üzərində Qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, müdafiə naziri görüş iştirakçılarını salamlayaraq,
qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının
layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə
naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının
müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən
veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük
fədakarlıq göstərmələrini diqqətə çatdırb.
General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də müstəqil
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak
etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin
şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini
əsirgəməməsini yüksək qiymətləndirib.
Ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm
verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhramanlığına
verilən qiymətin göstəricisidir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa
cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş
şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamı xüsusi
vurğulanıb.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş
Rzayev və digər qonaqlar dəyirmi masa arxasında ümummilli lider
Heydər Əliyevin ideyalarına, dövlətinə, Prezidentinə, Ali Baş
Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının
müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında
xidmətlərindən bəhs edib, Böyük Vətən müharibəsində tarixi
qələbənin 69-cu ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək
tədbirlər barədə söhbət aparıblar.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul
mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib
və görüş iştirakçıları xatirə şəkili çəkdiriblər.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO