Ermənilər Bəşər Əsədin tərəfində döyüşürlər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ermənilər Bəşər Əsədin tərəfində döyüşürlər - FOTOLAR

Ermənilər Bəşər Əsədin tərəfində döyüşürlər - FOTOLAR

“Suriyanın Hələb şəhərində Bəşər Əsəd tərəfində müxalif qüvvələrə qarşı silahlı mübarizə aparan 100-lərlə erməni mənşəli yerli Suriya vətəndaşları var”.

Publika.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti xəbər yayıb.

Qəzetin yazdığına görə, Hələb şəhərində yerli xristian və erməni mənşəli şəxslərdən ibarət silahlı polis dəstələri fəaliyyət göstərirlər.

Son zamanlar digər xarici dövlətlərdən olan erməni vətəndaşlarının da Suriya müharibəsində iştirak etməsi faktları məlum olub. Belə ki, Qərb dövlətlərinə, o cümlədən ABŞ-a məxsus kütləvi informasiya vasitələrində dərc olunan məlumatlarda ABŞ-ın erməni əsilli vətəndaşlarının Suriyada hökumət qüvvələri tərəfində vuruşmaları göstərilir.

Kütləvi informasiya vasitələrində (KİV) ABŞ-da cinayətkar fəaliyyəti ilə tanınmış “Armenian Power” (Erməni Gücü) təşkilatının 2 üzvünün Suriyada hökumət qüvvələrinin tərəfində könüllü vuruşması barədə məlumatlar yer alıb.

Eyni zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin deputatı Vahan Badasyan Dağlıq Qarabağın ərazisində könüllülərdən ibarət özünümüdafiə dəstələri yaradaraq Suriyanın Kesab qəsəbəsində yaşayan erməni mənşəli şəxslərin müdafiəsinə göndərmək təklifi ilə çıxış edib və bu dəstəyə rəhbərlik etmək istəyini bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm