Avtomobildən oğurluq edən avtoyuma məntəqəsinin işçisi tutulub
Bizi izləyin

Qırmızı.az

Avtomobildən oğurluq edən avtoyuma məntəqəsinin işçisi tutulub

Avtomobildən oğurluq edən avtoyuma məntəqəsinin işçisi tutulub

Bakıda qadının avtomobilindən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 4-də M.Məhəmmədxan küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini Günel Əhmədovaya məxsus "Hyundai" markalı avtomobildən açıq qapıdan keçmək yolu ilə 100 ABŞ dollar oğurlayan şəxs Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Məlum olub ki, bu elə həmin avtoyuma məntəqəsində işləyən Xaçmaz rayon sakini Elvin Cavadovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm