Yol qəzasında iki nəfər öldü, bir nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Yol qəzasında iki nəfər öldü, bir nəfər xəsarət aldı

Yol qəzasında iki nəfər öldü, bir nəfər xəsarət aldı

Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində Babək rayon sakini Elnur Bayramov idarə etdiyi "Pajero" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

E.Bayramovun sərnişinləri Sumqayıt şəhər sakinləri - Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, K.Kazımov və E.Verdiyev orada ölüblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm