Nazirlik narahatdır: sosial işçilər çatışmır
Bizi izləyin

Qırmızı.az

Nazirlik narahatdır: sosial işçilər çatışmır

Nazirlik narahatdır: sosial işçilər çatışmır

Azərbaycan Respublikasında "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçirilməsində sosial işçi çatışmazlığı var.

Publika.az-a Təhsil Nazirliyindən verilən məlumata görə De-institutlaşma prosesini uğurla keçmiş ölkələrdə uşaqların müdafiəsi sahəsində əsas aparıcı işçi qüvvəsi sosial işçilər hesab olunur. Buna baxmayaraq sosial işçilərin sayı azdır.

Qeyd edək ki, sosial işçi- çətin həyat şəraitində olan ailələr və uşaqların sosial-psixoloji reabilitasiya və inteqrasiyasını həyata keçirməklə onların problemlərinin həlli ilə bağlı peşəkarcasına yardım göstərən şəxsdir.

Nazirlikdən bildirilib ki, İnkişaf etmiş Avropa ölkələrində de-institusionalizasiya ilə bağlı aparılmış islahatlar zamanı ilkin olaraq uşaqlara yönələn alternativ xidmətlər yaradılmağa başlanılıb. Xidmətlər təşkil edilib və sosial işçilər tərəfindən çətin vəziyyətdə olan ailələrin uşaqları bu xidmətlərə cəlb edildikcə, dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərə çarpacaq dərəcədə azalıb Bunun nəticəsində, müəssisələrin də sayı azalmaqdadır. Əksər ölkələrdə isə bu tip müəssisələr dövlət uşaq müəssisələri kimi fəaliyyətlərini dayandırıblar.

Dövlət Proqramının icrası olaraq təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması ilə bağlı 2010-2011-ci tədris ilindən etibarən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə kurs açılıb.

"Bu günədək internat məktəblərində işləyən 32 tərbiyəçi-müəllim bu kursa cəlb olunub. Ölkədə sosial işçilərin sayının artması ilə çətin həyat şəraitində olan ailələrin vaxtında aşkarlanması, onların problemlərinə kompleks yanaşma, müvafiq dəstəyin göstərilməsi və alternativ xidmətlərin yaranması nəticəsində müəssisələrə düşən uşaqların sayı azalacaqdır", nazirlikdən bildirilib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm