Rektorun adamını gürzə sancdı
Bizi izləyin

Qırmızı.az

Rektorun adamını gürzə sancdı

Kürdəmir rayon Köhünlü kənd sakinini ilan sancıb. AzNews.az-a daxil olan məlumata görə, hadisə ötən gün axşam saatlarında otlaq sahəsində baş verib. Gürzə ilanı kənd sakini Alıyev Mahir Gülalı oğlunun dabanından dişləyib. M. Alıyev təcili olaraq, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.


Xəstəxanadan bildirilib ki, hazırda M. Alıyevin səhhəti normallaşmaq üzrədir. Xəstənin həyatı təhlükəsi yoxdur.


Xatırladaq ki, ilan sancan şəxsin atası Gülalı Alıyev 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmraslanovun vəkili olub. Hadisə ilə bağlı məlumatlandırılan ATU-nun rektoru xəstəni xüsusi nəzarətə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm