
Şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrində müntəzəm olaraq təlim məşqləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun
təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi
Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300
"Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim
keçirilib.
Təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş
tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub.
Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən
hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə
çatdırılıb. Hədəflər haqqında məlumat dvizionlara ötürülərək
hədəflər izlənməyə götürülüb.
Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin
şərti atəş ilə şərti düşmən məhv edilib.