Gəncədə “Onun sevdiyi” adlı ədəbi-bədii gecə təşkil edildi
Bizi izləyin

Qırmızı.az

Gəncədə “Onun sevdiyi” adlı ədəbi-bədii gecə təşkil edildi

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi ,Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyi və Aura Park Ticarət və Əyləncə Mərkəzinin təşəbbüsü ilə Gəncədə “Onun sevdiyi” adlı Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.

Tədbirdən əvvəl təşkilat nümayəndələri və qonaqlar Ulu Öndərin heykəli önünə gül dəstələri qoydular. Sonra isə ilk əvvəl tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin Rəhbəri Fərid Dünyamalıyev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə və Aura Park Ticarət və Əyləncə Mərkəzinin icraçı direktoru Orxan Mehdiyev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin fəaliyyəti və Azərbaycan gəncliyinin inkişafında gənclərə göstərdiyi qayğı haqqında danışdılar. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə “Bu gün Ulu Öndərin 1997 - ci ildə gənclərlə görüşü zamanı qeyd etdiyi ,gəncliyə xitabı kimi qiymətləndirdiyimiz 3 əsas vəzifə Azərbaycan gənclərinin fiziki və əxlaqı səviyyəsini artırmaq,Beynəlxalq aləmdə rəqabətədavamlı olmaq, Gənclərin nailiyyətlərini dövlət və cəmiyyətin möhkəmlənməsinə yönəltmək prinsipləri bu bu gün aparılan dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilməkdədir.Sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. Tədbirdə Gəncə Musiqi Kollecinin istedadlı tələbələri, 1 saylı musiqi məktəbinin nümayəndələri, 3 saylı uşaq baxçasının rəqs qrupu, “Mübarək“Rəqs Qrupu, “Menar “Kusrlarının istedadlı şagirdləri və digər istedadlı gənclər öz möhtəşəm şer və mahnıları ilə çıxış etdilər. Tədbirin sonunda tamaşaçılara Ulu Öndərin çox sevdiyi qızılgüllər hədiyyə edilib.

Tədbirdə digər yerli QHT nümayəndələri və media nümayəndələri də iştirak edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm