DİN-dən nasist salamı ilə bağlı açıqlama - VİDEO
Bizi izləyin

Qırmızı.az

DİN-dən nasist salamı ilə bağlı açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi virtualaz.org saytının “Bakının mərkəzində nasistlər peyda oldu” sərlövhəli yazısına münasibət bildirib.

Daxili İşlər Nazirliyi virtualaz.org saytının “Bakının mərkəzində nasistlər peyda oldu” sərlövhəli yazısına münasibət bildirib.

Məlumatda bildirilir ki, nasist salamı verən gənc bakılının əməllərində nasizmin təbliği elementləri yoxdur və bu, “gənc bir adamın düşünülməmiş hərəkətidir”.

“Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkəmizdə hər bir vətəndaşın qanunla qorunan hüquqları yüksək səviyyədə təmin olunur, hamı qanun qarşısında bərabərdir. Heç bir halda milli, irqi, dini ayrı-seçkiliyə yol verilmir, respublikamız tolerantlığına görə bir çox dövlətlərə nümunə göstərilir. Sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış videokadrlar öz hərəkətlərinin nəticəsini anlamayan və ya anlamaqda çətinlik çəkən bir şəxsin düşünülməmiş və məsuliyyətsiz addımıdır. Əgər belə şəxslərin təsadüfi deyil, davamlı müşahidə olunan hərəkətləri ictimai münasibətləri təhdid edirsə, onların addımları milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər formasında özünü göstərirsə, o zaman hüquq-mühafizə orqanları belə halların qarşısını almaq üçün zəruri tədbirlər görə bilərlər”, - deyə DİN-in açıqlamasında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm