TQDK sədri qızlardan narazılıq etdi
Bizi izləyin

Qırmızı.az

TQDK sədri qızlardan narazılıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məkleykə Abbaszadə imtahan qaydalarını pozan tələbələrə xəbərdarlıq edib. Publika.az-ın məlumatına görə, TQDK sədri bildiribki, imtahanı əsasən əvvəlki illərin məzunları pozur.

“Keçən imtahanda qayda pozanlar da olub. Növbəti imtahanlarda da bu hallar olacaq. Amma xəbərdarlıq edirik ki, heç kimə qayda pozmağa imkan verilməyəcək”.

M.Abbaszadə bildirib ki, növbəti imtahanda daha çox qızlar iştirak edəcək və onlar qaydaları pozmağa daha çox meyl edirlər:

“Onlar belə hesab edirlər ki, qaydanı pozsalar, güzəşt ediləcək. Amma bu yanlış düşüncədir. İmtahanda ciddi yoxlama yaradılır, hər hansı telefon işə salınan kimi biz bunu bilirik. Telefonun kimdə olduğunu siqnal vasitəsilə müəyyən edirik. Kiminsə başqa birinin yerinə imtahanda iştirakına, qaydaları pozmasına imkan verilməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm