Qabiliyyət imtahanına qeydiyyat başladı
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət imtahanına qeydiyyat başladı

Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb.

Publika.az-ın məlumatına görə, qabiliyyət tələb edən ixtisaslara qeydiyyat mayın 19-dan 29-dək davam edəcək. Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur 2-5 iyul tarixlərində aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 12 may - 12 iyun tarixlərində keçiriləcək. Əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı iyunun 29-da təşkil olunacaq. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi 2-10 iyul tarixlərində aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm