“Azəriqaz”dan işçilərinin etiraz aksiyasına MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz”dan işçilərinin etiraz aksiyasına MÜNASİBƏT

Bu gün “Azəriqaz”İstehsalat Birliyinin qadın əməkdaşlarının aksiya keçirməsi barədə məlumat yayılıb

Aksiya barədə mətbuatdan oxuduğunu deyən birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev publika.az-a açıqlamasında aksiyanın səbəblərindən danışıb.

“Bakı və Abşeron rayonu qaz istismar sahələrinin tərkibindəki qəza dispetçer xidmətləri ləğv olunub və mərkəzləşdirilmiş şəkildə təmir-tikinti idarələrinin tərkibində yaradılıb. Əmək qanunvericiliyinə uyğun olaraq, bütün işçilərə qurumların ləğv edilməsi ilə bağlı bildirişlər paylanılıb. Bu gün aksiya keçirənlər də məhz həmin işçilərdir”.

Onun sözlərinə görə, sturuktur dəyişikliyi operativliyi təmin etmək məqsədi daşıyır.

A.Ağayev bildiriş paylanmış işçilərin bir qisminin Mərkəzləşmiş qəza-təmir-bərpa xidmətində yenidən işlə təmin olunacağını deyib:

“Yeni qurumun tərkibində ştat vahidləri çərçivəsində sərbəstləşən işçilərin bir hissəsi işlə təmin olunur. Nə qədər işçiyə eytiyac olması, nə qədərinin işlə təmin olunacağı barədə məlumatım yoxdur. İşlə təmin eidlmə prosesi mayın 15-dən başlayıb. İşçilərə verilən bildirişdə də qeyd olunub ki, son gün mayın sonunda bşa çatacaq. Bütün bildiriş paylanan işçilərin istər yeni yaradılmış qurum, istərsə də “Azəriqaz”ın digər sturukuturlarında yerləşdirilməsinə baxılır. Aksiyada iştirak edənlərin hamısının işlə təminatı barədə dəqiq bir söz deyə bilmərəm”.

A.Ağayev “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevin aksiya iştirakçıları ilə görüşünün nə vaxt keçiriləcəyi barədə məlumatsız olduğunu deyib:

“Bu barədə aksiya iştirakçılarına deyiblər. Lakin görüş və onun vaxtı barədə mənim məlumatım yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm