“Bu sahədə qanunvericilik yoxdur” – Şəmsəddin Hacıyev
Bizi izləyin

Qırmızı.az

“Bu sahədə qanunvericilik yoxdur” – Şəmsəddin Hacıyev

“Bu sahədə qanunvericilik yoxdur” – Şəmsəddin Hacıyev

Yaxın günlərdə “Elm haqqında” qanun layihəsi Milli Məclisin elm və təhsil komitəsinin iclasında müzakirə olunacaq.

Bu barədə Publika.az-a Milli Məclisin elm və təhsil komitəsinin Şəmsəddin Hacıyev məlumat verib.

Hazırda sözügedən qanun layihəsinin üzərində işlənildiyini vurğulayan Ş.Hacıyev deyib ki, “Elm haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının sonunadək I və II oxunuşlara çıxarıla bilər:

“Bu, qanun qəbul olunandan sonra Azərbaycanda çox işlər görülə biləcək. Hazırda bu sahədə qanunvericilik yoxdur. Bu, qanun qəbul olunandan sonra hüquqi normativ qanunvericilik bazası yaranacaq. Sözügedən qanun layihəsində yer alan məsələlər tamamilə yenidir və elmlə bağlı bütün məqamları əhatə edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm