Ankara fəaliyyətini dondurdu, Bakı davam edir
Bizi izləyin

Qırmızı.az

Ankara fəaliyyətini dondurdu, Bakı davam edir

Ankara fəaliyyətini dondurdu, Bakı davam edir

“Liviyadakı səfirliyimizin bağlanması ilə əlaqədar hələlik heç bir qərar yoxdur”.

Bu sözləri “Axar.az”a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, hazırda səfirliyin öz fəaliyyətini normal davam etdirdiyini bildirib:

“Azərbaycan səfirliyi Liviyada hələlik normal rejimdə öz fəaliyyətini davam etdirir. Bağlanma haqqında hər hansı qərar olsa, bu, dərhal bildiriləcək”.

Qeyd edək ki, Liviyadakı hadisələrlə əlaqədar Türkiyə bu ölkədəki fəaliyyətini dayandırıb. Səudiyyə Ərəbistanı və Əlcəzair də ölkənin şərqində yerləşən Benqazi şəhərindəki konsulluqlarının fəaliyyətini dondurduqlarını bəyan ediblər.

Onu da xatırladaq ki, keçmiş general Xəlifə Xəftərin silahlı dəstəsi ötən həftənin cümə günündən bəri Benqazidəki sabiq qiyamçılara qarşı əməliyat keçirməyə başlayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm