Oğuzda yol qəzası: 3 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Oğuzda yol qəzası: 3 nəfər xəsarət alıb

Bu gün günorta saatlarında Oğuz rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Bu gün günorta saatlarında Oğuz rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Hadisə Qaraməryəm-Ismayıllı-Şəki magistral yolunun 104-cu kilometrliyində Oğuzun Padar kəndi ərazisində qeydə alınıb. Belə ki, Allahverdiyev Nazim Vahab oğlu idarə etdiyi Mersedes markalı avtomobillə rayon isitiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirb. Bu zaman avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumatlara görə, süücü və bir sərnişin yüngül xəsarətlər alıb.

Xəsarət alan digər sərnişin isə yoldan keçənlərin köməkliyi ilə Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan Zaqatalanın Əliabad kənd sakini Həziyev Sərxan Arif oğlu ağır kəllə-beyin travması aldığından və vəziyyəti ağır olduğundan o, növbəti müalicəsi üçün Bakıya göndərilib.

İlkin olaraq qəzanın yüksək sürət və idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm