Tovuzda sel həyəcanı: Fövqəladə komissiya yaradıldı
Bizi izləyin

Qırmızı.az

Tovuzda sel həyəcanı: Fövqəladə komissiya yaradıldı

Tovuzun kəndlərində güclü sel və daşqınların aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb. Bu barədə məlumat AzNews.az-a Tovuz rayon icra hakimiyyətindən bildirilib. Komissiyaya Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov rəhbərlik edir.

Qeyd edək ki, dünən axşam saatlarından rayonda yağan güclü yağış daha çox dağ kəndlərində fəsadlar yaradıb. Leysan yağışlar rayonun əsasən Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar və bir sıra digər kəndlərində ciddi zərər yetirib. Sel nəticəsində rayon mərkəzi ilə kəndləri birləşdirən yollar su altında qalıb. Kəndlərin əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm