Müəllimlər aksiya keçirir
Bizi izləyin

Qırmızı.az

Müəllimlər aksiya keçirir

Bakıda müəllimlərin və narazı valideynlərin etiraz aksiyası başlayıb. Aksiya Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseydə keçirilir. Bu barədə məlumatı ANS PRESS-ə etirazçılar veriblər.


Etirazçıların sözlərinə görə, aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar.


Valideyinlər isə bir neçə gün öncə liseydə aparılan monitorinq imtahanın nəticələrinin saxtalaşdırldığını iddia edirlər:


“Liseydə ilin əvvəlində 1300 şagird təhsil alırdı. İndi isə bu rəqəm 1063-ə endirilib. Siniflərin sayını sürətlə azaldırlar. Müəllimlər işsiz qalacaqlarına görə etiraz edirlər. Müəllimlər monitorinqin düzgün aparılmamasında günahalandırılırlar. Uşaqları liseydən qovurlar. Müəllimlərin dərs saatları kəsilib. Məvaciblər verilmir. Valideynlər isə monitorinqin nəticələri ilə razılaşmırlar. İmtahanın nəticələrinin saxtalaşdırıldığına etiraz edirlər".


Müəllimlərin sözlərinə görə, məsələ ilə əlaqədar olaraq prezidentə məktub da göndəriblər. "Nazirlik rəsmisi bizimlə görüşməli idi. Amma görüşməyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm