Erkən nikahlarla bağlı monitorinqlər aparılır
Bizi izləyin

Qırmızı.az

Erkən nikahlarla bağlı monitorinqlər aparılır

“Erkən nikahlarla bağlı monitorinq davam edir. Hələ ki, 2014 cü il üçün konkret statistitik rəqəmlər hazır deyil”.

Publika.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, Komitə bu statistikanı öyrənmək üçün əlbəttə, araşdırmalar aparıb daha sonra yekun nəticəni açıqlayaçağıq:

“Eyni zamanda, icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edirik. Ucqar rayonlarda da nümayəndə heyətlərimiz araşdırmalar aparır. 18 yaşına çatmayan qızların ailə qurması bizi narahat edir. Buna görə də bunun qarşısını almaq üçün daima tədbirlərimiz davam edir”.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm