Baş həkim nazirliyə çağırılıb
Bizi izləyin

Qırmızı.az

Baş həkim nazirliyə çağırılıb

Bu gün Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstələrdən birinin yaxınları ilə rüşvət sövdələşməsini əks eləyən video yayılıb. Video-sövdələşmə cəmiyyətdə ciddi rezonans doğurub.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov rüşvət qalmaqalı ilə bağlı Bakıya çağırılıb. Bu barədə baş həkimlə əlaqə saxlayan Teleqraf.com-un müxbirinə Əziz Mikayılov özü məlumat verib:

“Bu gün səhər saatlarında mənə xəbər göndərildi və Bakıya Səhiyyə Nazirliyinə çağırıldım. Videoya mən də baxdım, hazırda dəqiq məlumat vermək mümkün deyil, yəni bu qurama iş də ola bilər. Amma hər bir halda həkimin videodakı görünütülərinə haqq qazandırmıram. Yəni dövlət müəssisəsində çalışan bir tibb işçisinin pasiyentdən pul tələb etməsi düzgün deyil”.

Baş həkim rüşvət qalmaqalı ilə bağlı videogörüntüləri yayımlanan həkim Vüsal Məmmədovu şəxsən tanıdığını və peşəkar cərrah olduğunu bildirib: “Əslində cərrah Vüsal Məmmədov 2011-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə Sabirabad Rayon Perintal Mərkəzə həkim təyin olunub. Şəxsən tanışam onunla, peşəkar cərrahdır. Sankt- Peterburqda 4 il odernatura keçib, Mama-Ginekologiya İnstitutunda çalışıb”.

Onun sözlərinə görə hadisə ilə bağlı sabah Sabirabad rayon Perintal Mərkəzinə komissiya göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm