Qırmızı.az
50 azərbaycanlı zəvvar itdi
İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-yə yaxın azərbaycanlı zəvvar yoxa çıxıb.
Bu barədə ANS PRESS-ə zəvvarların qohumları məlumat veriblər.
Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin
önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən
avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan
heç biri ilə əlaqə saxlamaq mümkün deyil: “Əmim Kamal Ocaqverdiyevi
və 50-yə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda
mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi
keçdiklərini söylədi. 3 gündür ki, onlarla heç bir ilə əlaqə
saxalaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar
yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir
sutkalıq yolu, ola bilməz ki, 3 sutkaya qət eləsinlər. Avtobusda 8
qadın, 40-a yaxın kişi var idi”.
Məsələ ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə
əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs
Payızov ANS PRESS-ə açıqlamasında hazırda onların heç bir qrupunun
Məşhəddə və Kərbəlada olmadığını söyləyib.
“O qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşhəddə
yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar
məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər.
Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı üçün
göndərmirik”.
Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat
xidməti ilə əlaqə saxladıq. Oradan isə bizə bu barədə onlarda heç
bir məlumat olmadığını bildiriblər.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi