İstirahət mərkəzindəki faciə ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

İstirahət mərkəzindəki faciə ilə bağlı cinayət işi açıldı

Qobustanda istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı cinayət işi başlanıb.

Qobustan rayon prokurorunun köməkçisi Eldəniz Əhmədov bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


Qeyd edək ki, məlum hadisə mayın 23-də Qobustan rayonundakı İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (“Elektrokar”) aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorçu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişi

Məktəbin digər şagirdi – 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri alıblar.


10 yaşlı Qorçu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.(anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm