Qırmızı.az
“Neftçalada Yanvar qırğını”
İbrahim Nurlu 1990-cı il 25 yanvar hadisələri zamanı əlil olmuş Nefçala rayon sakini Ələkbər Talıbov haqqında“Neftçalada Yanvar qırğını”adlı kitab yazıb.
Publika.Az-ın verdiyi xəbərə görə, kitabda həmçinin 1990-cı il 25-26 yanvar faciəsi zamanı Neftçalada zərər çəkmiş 30 nəfər barədə də məlumat verilib.
Müəllim həmin günlərdə rayonda yaşanan hadisələri, eyni zamanda Ə.Talibovun keçdiyi döyüş yolu ətraflı əks olunub.
Döyüş zamanı 10 nəfər Ramiz Cəfər oğlu Hüseynov, Novruz Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov, Oktay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov yaralanıb.
Xatırladaq ki, 1992-ci il, Qara yanvarın ikinci ilində Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” Fəxri adının müəyyən edilməsi haqqında Azərbaycan respublikası qanunu təsdiq edilib.
1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib.
Neftçala rayonu üzrə aşağıdakılar bu ada layiq görülüblər:
1. Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)
2. Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)
3. Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)
4. Ağayev Bəxtiyar Ağahüseyn oğlu
5. Talıbov Ələkbər Məmmədəli oğlu
6. Dadaşov Novruz Allahverdi oğlu
7. Məmmədov Əliheydər Xanəhəd oğlu
8. Nəcəfov Nizami Əbil oğlu
9. Hüseynov Natiq Mirzağa oğlu
10. Hüseynov Fərman Kamran oğlu
11. Hüseynov Ramiz Cəfər oğlu
12. Fərziyev Məhəmməd Təzəxan oğlu
Talıbov Ələkbər Məmmədəli oğlu ailəlidir, 2 oğlu, 1 qızı var. Böyük oğlu Sübhan Talıblı gənc alimdir, tarix üzrə fəlsəfə doktorudur, qızı Qönçə Talıblı həkimdir, kiçik oğlu Pünhan Talıblı isə kiçik bizneslə məşğul olur.
Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində gəmi kapitanı vəzifəsində çalışır.
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi

























