Cənubi Qafqaz
Ermənilər Azərbaycan benzini üstündə dava edir: Təxribat planı işə düşüb
Ermənistana ixrac olunan Azərbaycan benzini dünən günün sonundan etibarən yanacaqdoldurma məntəqələrində satışa çıxarılıb.
Publika.az xəbər verir ki, “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışına başladıqlarını bildirib.
Şirkətin direktoru deyib ki, Azərbaycan yanacağının satış qiyməti əvvəl 440 dram nəzərdə tutulsa da, 430 dramdan satılıb.
“Əvvəlcə ilkin qiyməti elan etdik, lakin hesablamalardan sonra benzinin qiymətini 430 dram təyin etdik”, - o bildirib. Qeyd edib ki, Azərbaycan benzininin satışı ilə bağlı heç bir narahatlıq yoxdur.
“Mega Trade” şirkəti 11 vaqon, təxminən 600 ton Azərbaycan benzini alıb. Bu şirkətlə yanaşı, adı açıqlanmayan başqa şirkət də yanacaq alıb.
Azərbaycan benzininin satışa başlandığı gün Ermənistada revanşist qüvvələr təxribat xarakterli informasiyalar tirajlamağa başlayıb. Əsas diqqətçəkən məqamlardan biri “Azadlıq radiosu”nun erməni xidmətinin mənfi informasiya axını yaratmasıdır.
Radio yanacaqdoldurma məntəqələrinə gələn sürücüləri danışdırıb və “Azərbaycan benzini almayacam”, “Hələ də düşmənçilik davam edir” kimi neqativ mövqeləri tirajlayıb. Radio həmçinin, “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyanın Azərbaycan benzininin boykot edilməsi çağırışlarına yer verib.
Revanşistlər sosial şəbəkələrdə də saxta məlumatlar paylaşıblar. İddia edilib ki, Vanadzordakı (Qarakilsə) “Run Oil” yanacaqdoldurma məntəqəsində 44 günlük müharibə zamanı itkin düşmüş hərbçinin qardaşı ilə işçilər arasında benzinin satışına görə dava düşüb. Nəticədə yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. “Mega Trade” şirkəti bu məlumatı təkzib edib, Ermənistan polisi də belə bir faktın qeydə alınmadığını deyib.
“Hraparak” nəşri isə yazır ki, benzinin Ermənistanda satışa çıxarılması Paşinyan hakimiyyətinin ictimai şüuru dəyişmək məqsədindən qaynaqlanır.
“Ermənistanda bir çox insan daha münasib qiymətə olan Azərbaycan benzini alacaq. Hökumət də deyəcək ki, baxın, cəmiyyətdə heç bir problem, yaxud düşmənçilik yoxdur, Azərbaycanla sülhü ictimaiyyət istəyir”, - nəşr iddia edir.
Ermənistanda Azərbaycan benzininə görə qızğın müzakirələr gedir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı həm iqtisadi, həm də siyasi müstəvidə dividentlər gətirsə də, sülhə qarşı olan revanşistlərin cəmiyyəti anti-mövqedə səfərbər etmək məqsədilə əllərindən gələni etdiyi müşahidə olunur.
Asif
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq













.jpg)
.jpg)
.jpg)





















