Dünya
"Şaxta Baba" və elflər supermarketi soydu - Aktivist olduqları üzə çıxdı
Kanadanın Monreal şəhərindəki "Metro" supermarketində "Şaxta Baba" və elf geyimində olan bir qrup aktivist soyğunçuluq edib.
Publika.az "CNN"ə istinadən xəbər verir ki, oğrular supermarketdən bütün ərzaq arabalarını dolduraraq uzaqlaşıblar.
"Küçələrin Robinləri" adlı kanadalı aktivist qrupu ərzaq oğurluğuna görə məsuliyyəti öz üzərinə götürüb. Sosial mediada onlar bildiriblər ki, "aksiya"nın məqsədi bayramlardan əvvəl ərzaq almaqda çətinlik çəkən ailələrə kömək etməkdir. Onların sözlərinə görə, oğurlanmış ərzaqlar şəhərdəki Milad ağacının altında toplanıb. Fəallar, həmçinin iri korporasiyaları tənqid edərək, onları qiymətləri daim artırmaqda və əsas malları əlçatmaz etməkdə günahlandırıblar.
Polis hadisəni araşdırır.
Ləman
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)




















