Lerik internetsiz qaldı
Bizi izləyin

Qırmızı.az

Lerik internetsiz qaldı

Lerik-Lənkəran yolunun “20-ci Verst” deyilən ərazisində yol tikintisi zamanı baş vermiş yanlışlığa görə, Lerik rayonuna ərazisinə gələn magistral fiber optik kabel və telefon xətti qırılıb.

Bu səbəbədən də mayın 27-də rayondakı bütün telefonlar kəsilib, internetə çıxış imkanı olmayıb.

Yaranmış problem rayonun bank, poçt və onlayn rejimdə işləyən digər icra strukturlarının fəaliyyətini iflic edib. Bu barədə hazırda bölgədə ezamiyyətdə olan “Bizim Yol” əməkdaşı xəbəbər verir.

Məlumata görə, gecə satlarında da sıradan çıxarılmış magistral internet və telefon xətlərinin bərpa olunması istiqamətində iş gedir. Amma qəzet çapa gedənə qədər problem həll edilməmişdi. (bizim yol)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm