İqtisad Universitetində telefon qadağası
Bizi izləyin

Qırmızı.az

İqtisad Universitetində telefon qadağası

Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetindən Publika.az-a verilən məlumata görə, bunu universitetin rektoru Ədalət Muradov Elmi Şuranın növbəti iclasında bildirib.

Rektor iclasda həmçinin fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib.

Mayın 23-də ADİU-da keçirilən "Məzun-2014" ümumrespublika yarmarkasının təşklinin səviyyəsini qənaətbəxş hesab edən rektor gələcəkdə yarmarkanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm