Bacı qardaşına alt paltarında narkotik gətirdi
Bizi izləyin

Qırmızı.az

Bacı qardaşına alt paltarında narkotik gətirdi

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.


Publika.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə marixuana aşkar edilərək götürülüb.


Qeyd edək ki, Ramil Qafarov Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.


Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm