Qırmızı.az
Türmədə İlham Mirzəyevin səhhəti pisləşib
Aprelin 12-də Nərimanov Rayon Məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını bundan sonra daha bir vəkil müdafiə edəcək.
Bu barədə eyni zamanda Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, həbsdə olan vitse-admiral Şahin Sultanovun da hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hər iki müvəkkili Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanıldığından onlarla eyni vaxtda görüşür.
A.Məmmədovun sözlərinə görə, İlham Mirzəyevin əhvali-ruhiyyəsi yaxşı olsa da, sağlamlığında olan problemlər yenidən özünü büruzə verməyə başlayıb: “İlham Mirzəyevin bir neçə xəstəliyi var. Bildiyiniz kimi, belində və boynunda yırtıqlar var. İndi həmin xəstəlik daha da şiddətlənib. Onu da deyim ki, İlham Mirzəyevin hüquqlarını müdafiə etməyimin onun digər müvəkkilim Şahin Sultanovla eyni kamerada saxlanması ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, keçmiş teleaparıcı İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsinin 178-ci maddəsi) ittiham olunur. /aznews.az/
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR