Yüksək bal toplayanlar nə üçün pedoqoji fakültələri seçmir?
Bizi izləyin

Qırmızı.az

Yüksək bal toplayanlar nə üçün pedoqoji fakültələri seçmir?

Yüksək bal toplayanlar nə üçün pedoqoji fakültələri seçmir?

Abituriyentlərin ixtisas seçimində pedoqoji fakülətələri ən sonuncu sırada qeyd etməsi, bu fakültələrə keçid balının digərlərinə nisbətən aşağı olması barədə dəfələrlə danışılıb.

Ekspertlər balların aşağı olmasını abituriyentlərin seçimi ilə əlaqələndirirlər. Onların fikrincə, abituriyentlərin pedoqoji ixtisaslara maraq göstərməməsi müəllimlərin maaşının az olması ilə əlaqədardır.

Çünki nə yüksək bal toplamaq üçün, nə də 4-5 il müddətində təhsilə çəkilən xərcləri ayda 100-150 manat maaşla geri qazanmaq olmur.

Lakin bəzi ali məktəblərin məhz pedoqoji ixtisaslarına yüksək, hətta 600 balla daxil olan tələbələr də az deyil. Bəs bu fərqin səbəbi nədir? Nə üçün 600 bal toplayan tələbələr bəzi ali məktəblərdə pedoqoji ixtisası seçir, digərlərində isə yox?

Yüksək bal toplayan tələbələrin pedoqoji fakülətələri seçdiyi ali məktəblərdən də biri Qafqaz universitetidir.

Universitetdə pedoqoji fakultədə 12 ixtisas Azərbaycan dili və ədəbiyyatı, Dil və ədəbiyyat müəllimliyi (Türk dili və ədəbiyyatı), Dil və ədəbiyyat (İngilis dili və ədəbiyyatı), Ərəb dili və ədəbiyyatı, Fizika, Kimya, Biologiya, Kimya və biologiya, Riyaziyyat, Riyaziyyat və informatika, , Tərcümə (ingilis dili) və İbtidai sinif müəlliməliyi üzrə kadr yetişdirilir.

Universitetin pedoqoji fakultenin dekanı Erdal Karaman Publika.Az-a açıqlamasında bu ixtisaslara marağın artdığını bildirib:

“İxtisaslar uzrə ən çox tələbə İngilis dili və ədəbiyyatı müəllimliyindədir.Son illərdə buraya qəbul olanların sayı 2 dəfədən çox artmışdır.Riyaziyyat (təlim inglis dilində),Fizika(təlim ingilis dilində) və Türk dili və ədəbiyyatı müəllimliyinə qəbul olanların sayı da artmışdır. Pedaqoji ixtisasların seçilməsinə təsir edən amillərdən biri kimi burada xarici dillərin öyrənilməsi və kompyuter biliklərinin verilməsini göstərmək olar. Pedaqoji fakültədə oxuyanların yarıdan çoxu təlim ingilis dilində olan ixtisaslarda təhsil alırlar.Təlim ingilis dilində olan ixtisaslarda oxumaq istəyən tələbələr 1 il yalnız ingilis dili öyrənmək üçün hazırlıq keçirlər”.

Dekan fakültəyə tələbələrin yüksək balla qəbul olduqlarını dedi:

“2013-2014-cü dərs ilində pedaqoji fakültəyə 238 nəfər qəbul olub.Tələbələrin 32 %-i təlim Azərbaycan dilində olan ixtisasları,3 %-i Türk dili və ədəbiyyatını,65 %-i isə təlim İngilis dilində olan ixtisasları seçib.Onlardan 1 nəfəri 700 ,6 nəfəri isə 650-699 arasında olmaqla cəmi 30 nəfər 600 dən çox bal toplayıb.İngilis dili və ədəbiyyatı müəllimliyində 57 nəfərdən 12-si,təlim ingilis dilində olan riyaziyyat və informatika müəllimliyində 20 nəfərdən 5-i,Tərcümə (İngilis dili) ixtisasında 38 nəfərdən 5-i 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Ən aşağı ballılar Türk dili və ədəbiyyatı müəllimliyi (285-335) və təlim Azərbaycan dilində olan ibtidai sinif müəllimliyində (294-357) olub.Ən yüksək keçid balı təlim İngilis dilində olan riyaziyyat və informatika müəllimliyində olmuşdur- 563 bal.Tələbələrin 34,5 %-I ,yəni hər 3 nəfərdən biri 500-dən çox bal toplamışdır.300-ə qədər və 600-dən çox bal toplayanların sayi eynidir- hər birindən 10 %-dir.Başqa sözlə desək ən zəif və ən güclü tələbələin sayı eynidir.Tələbələrin ən çoxu, 45,9 %-i,yəni az qala hər iki tələbədən biri 300-450 arsında bal toplayıb”.

Erdal Karaman həmçinin yüksək bal toplayanların nə üçün Qafqaz universitetini seçməsinə də münasibət bildirdi:

"Fakültəmizdə Azərbaycanlı Türkiyəli və Misirli müəllimlər işləyir, həmçinin ABŞ və İngiltərədəndə müəllimlər dərs keçirlər. Azərbaycan və xaricdən ixtisasında söz sahibi müəllimləri fakültəmizə cəlb edirik.

Çox yüksək səviyyədə təhsil verilməsi kompyuter ingilis dili sahəhəsinin yüksək səviyyədə tədris edilməsi, Mevlana deyişim və Erasmus Mumdus proqramları çərçivəsində tələbələrimizin Türkiyə və digər ölkələrə təcrübə keçmək üçün göndərilməsi, universitetdən məzun olduqdan sonra əmək bazarında bilik və bacarığının yüksək olduğuna görə asanlıqa iş tapa bilməsi abuturiyentlərin Qafqaz universitetinin Pedoqoji fakültəsini seçməsinin əsas səbəbləridir”.

Tələbələrin işlə təminatında da universitetin rolu böyükdür. Belə ki, Türkiyənin ölkəmizdəki liseyləri, hazırlıq kursları da Qafqaz Universitetinin məzunları üçün potensial iş imkanıdır.

Dekanın sözlərinə görə, məzunlar Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Asiya və Afrika ölkələrində təhsil və qeyri-təhsil sahələrində çalışırlar. Bundan başqa, universitetində məzuların işlə təmin olunması,iş dünyası ilə əlaqələrin qurulması üzrə bir prorektorluq fəaliyyət gostərir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm