• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

20 yanvar şəhidinin həyat yoldaşı: “Yan Meeroviç Azərbaycana məftun idi”

20 yanvar şəhidinin həyat yoldaşı: “Yan  Meeroviç Azərbaycana məftun idi”

Publika.Az-ın xəbər verdiyi kimi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Heydər Əliyev Fondunun dəstəyilə, Hayfa Universitetinin “Ezri” İran və Bəsrə Körfəzi ölkələrinin öyrənilməsi Mərkəzi ilə birlikdə 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirib. Xatirə gecəsində mərhum Yan Meeroviçin həyat yolsdaşı Valentina ilə diaspor nümayəndələrimiz söhbətləşə biliblər.

V. Meeroviç qeyd edir ki, 20 Yanvar onun həyatında ən ağır və unudulmaz gündür: “Bu qorxulu gündə mən öz ərimi itirdim. Biz çox xoşbəxt idik, ətrafımız biizm haqqqımızda danışırdı ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq. Buna görə də mənim üçün bu gün indi çox ağır və kədərli gündür. Bu gün mən tənha qalmaq istəyirəm, özümlə təklikdə qalmağa üstünlük verirəm. Artıq çox illər keçib və məludur ki,kimsə bu günü unuda bilmir, amma mən bu gün yalnızlıqda olmaq istəyirəm”.

V.Meeroviç qeyd edib ki, onun üçün çox ağrılıdr ki, həyat yoldaşı cavan yaşında dünyadan köçüb: “Uşaqlar onu çox çətinliklə xatırlayır, oğlumun o zaman bir yaşı vardı və o, atasını xatırlamır. Çox təəssüf ki, Yan onların necə böyüdüklərini görmür, onların necə uğurlu və xoşbəxt olduqlarından xəbərsizdir. Yanın qızının hazırda 3 oğlu var, oğlunu isə yenicə evləndirmişik”.

Xanım Meeroviç ürəkağrısı və böyük sevgi ilə sevimli Bakı haqqında danışır. Artıq 10 ildən çoxdur İsraildə yaşamağıma baxmayaraq, mən tez-tez Bakını xatırlayıram. Fəxrlə deyə bilərəm ki, Bakını, Azərbaycanımı çox sevirəm. Çox təəssüf ki, belə alındı. Mənim ərim çox gözəl azərbaycanca danışırdı və Azərbaycan xalqına böyük sevgi ilə yanaşırdı. Goy Azərbaycan xalqı heç zaman bir də belə bir acını yaşamasın. Mən həmişə bütün gənc cütlüklərə birlikdə 120 il ömür sürməyi arzu edirəm. Mən bilirəm ki, tək qalmaq necə ağırdır. Mənim kiçik nəvəm tez-tez gözləyir ki, onun babası Yan indi gələcək. Biz bu gün aiəmizlə birlikdə Azərbaycan televiziyasına baxdıq və onun dərdinə şərik olduq. Biz həmişə Azərbaycan xalqının dərdinə şərik olacağıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR