Bakıda donuz ətindən “Halal kolbasa” istehsal edən firma - FAKT
Bizi izləyin

Qırmızı.az

Bakıda donuz ətindən “Halal kolbasa” istehsal edən firma - FAKT

Ət məhsulları istehsalı ilə məşğul olan “Orxan SS” firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol veril

Ət məhsulları istehsalı ilə məşğul olan “Orxan SS” firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Publika.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, müəssisə tərəfindən “halal” adı ilə istehsal olunan kolbasalarda donuz əti aşkarlanıb.


Belə ki, “CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasalarının və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.


Bundan başqa, “Ukrainskaya kopçennaya” kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələri verilib.

“Servelat” kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.

Eyni zamanda, “Baranina”, “Kristal Həvəskar”, “Servelat Xəzər”, “Doktorskaya”, “Krakovskaya”, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Solyami” kolbasaları və “Təndir” sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi müəyyən edilib.

Nazirlikdən bildirilib ki, qanun pozuntusuna yol vermiş “Orxan SS” İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm