Azərbaycan və Pakistanın fövqəladə hallar nazirləri görüşdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Pakistanın fövqəladə hallar nazirləri görüşdü

İyunun 5-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri Muhammad Saeed Aleem ilə görüşüb.

Pakistan nümayəndə heyətinin beynəlxalq konfransda fəal iştirakına görə qonağa təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov qeyd edib ki, İslamabad bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyibr. Azərbaycan da, öz növbəsində beynəlxalq tədbirlərdə dost ölkə olan Pakistana dəstəyini əsirgəməyib.

K.Heydərov bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ölkələrimizin müvafiq qurumları arasında faydalı əməkdaşlığın geniş perspektivləri mövcuddur. Pakistanlı

gənclər mülki müdafiə və yanğınsöndürmə sahələrində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil ala bilərlər.

Pakistanlı qonaq Qəbələdə keçirilən beynəlxalq konfransın yüksək səviyyədə keçdiyini diqqət çatdıraraq deyib ki, Pakistan dost və qardaş Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub və hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bunun əksinə olaraq, İslamabad işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmayıb. O, Azərbaycanın fövqəladə hallar nazirinin təkliflərini yüksək qiymətləndirib, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları

ilə daha sıx əməkdaşlıq etmək istədiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm