Qırmızı.az
Kəmaləddin Heydərov malayziyalı nazirlə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Malayziyanın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi də qonağın diqqətinə çatdırılıb.
A.Aman Bakıya ikinci səfəri zamanı Azərbaycan paytaxtının gündən-günə inkişaf etdiyinin şahidi olduğunu bildirib. Malayziyalı nazir deyib ki, onun ölkəsinin Baş nazirinin Azərbaycana qarşıdakı səfəri zamanı iki ölkə arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanacaq.
Qonaq vurğulayıb ki, Malayzaiya Azərbaycanla fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də geniş əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI