Qırmızı.az
Bakıda cibgir "şair" tutuldu - VİDEO
Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarına oğurluq məlumatı daxil olub. Söhbət yüksək qiymətli mobil telefon oğurluğundan gedir. Bölmənin əməliyyatçılarının keçirdiyi axtarış tədbirləri uğurlu olub.
27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Ziyafəddin Məmmədov deyib ki, mobil telefonu Sumqayıt şəhər sakini 32 yaşlı Misirov Rasim Qasım oğlu oğurlayıb.
Məlum olub ki, Rasim Misirov Bakının bir neçə ərazilərindən də
oğurluq və cibgirlik edib. Əldə olunan pullar əyləncəyə xərclənib.
Yeyib-içməyi və dəniz kənarında gəzməyi xoşlayan Rasım poeziyaya
meyilli olduğunu gizlətməyib
Rasim Misirov oğurluq üçün qapalı, ancaq insanların olduğu bir obyektə girirmiş. Axtardığı isə əsasən mobil telefon və pul olub. Özünün dediyinə görə, telefonların bir qismini satıb, bəzilərini isə sənəd tələb olunduğu üçün sata bilməyib, atıb. Rasim Misirovun əməlləri hazırda istintaqda araşdırılır.
27-ci polis bölməsindən onu da öyrəndik ki, R.Misirov təkcə bu ərazidə 3 belə fakt törədib. Ancaq üzərindən çıxan mobil telefonların çoxluğu onun başqa rayonların ərazilərindən də oğurluq etdiyinə dəlalət edir.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi