Qırmızı.az
Azərbaycanlılar Ukraynada televiziya açdı
Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı – “Diaspora TV” fəaliyyətə başlayıb.
“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən təsis olunmuş telekanalının məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyəsətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.
Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub. “Diaspora TV” digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan, rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. “Diaspora TV” Ukrayna, Rusiya həm də xarici aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO