Beşbarmaq “kukla"sı ilə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Beşbarmaq “kukla"sı ilə bağlı açıqlama

“Son günlər yayılmış videodakı yerin Beşbarmaq ziyarətgahına aiddiyyəti yoxdur. Ola bilər ki, həmin ziyarətgaha yaxın yerdədir, lakin ziyarətgah adlanan yerdə bu hala heç vaxt yol verilməyib”.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

“Ola bilər ki, kimsə maddi marağı üçün belə bir məkan hazırlayıb. Beşbarmaq yaxınlığında Qafqaz Müsəlmanları İdarəsinin nəzarət etdiyi ziyarətgah “Xıdır zində” adlanır. Həmin ziyarətgahda belə hallara yol verilmir. Videoda göstərilən məkanın “Xıdır zində”yə aiddiyyəti yoxdur”.

R. Dadaşova Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu faktla bağlı araşdırma aparılmasına da münasibət bildirib. Onun sözlərinə görə, qeydiyyatdan keçmiş məkanlara nəzarət edilir.

“Videodakı yer dəqiq deyil. Amma yəqin ki, idarənin müvafiq şöbələri tərəfindən müəyyən işlər aparılacaq. Hazırda isə bununla bağlı dəqiq məlumat yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkədə “Beşbarmaq” dağındakı ziyarətgahla bağlı video yayılmışdı. Videomaterialda insanların kütləvi halda, dar cığırla dağa çıxır və “kukla”ya sitayiş edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm