Müəllimlər imtahan verdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Müəllimlər imtahan verdi - VİDEO

Bu gündən etibarən müəllimlərin sınağa çəkilməsinə başlanılıb.

Bu gündən etibarən müəllimlərin sınağa çəkilməsinə başlanılıb.

Təhsil sistemində ilk dəfə keçiriləcək bu sınaq qiymətləndirmələr attestasiyaya hazırlıq mərhələsi hesab edilir. 4 gün davam edəcək sınaq qiymətləndirmə hələlik paytaxt məktəblərində çalışan 30 mindən çox müəllim üçün nəzərdə tutulub. Qiymətləndirmə zamanı müəllimlərin fənn, metodika və kommunikativ bilikləri imtahan ediləcək. Sınaq qiymətləndirilməsində müəllimlərin göstərdiyi nəticələr onların əmək haqqlarının azaldılması və yaxud işdən çıxarılması ilə bitməyəcək. Qiymətləndirmənin aparılmasında məqsəd müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, sadəcə onların bilik və bacarıqlarının yoxlanılması üçün təyin edilən ilkin mərhələdir. Bu gün ibtidai sinif müəllimləri, rəsmxət və təsviri incəsənət müəllimləri sınağa çəkiliblər.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehovun sözlərinə görə, sınaq qiymətləndirilmə əsasən müəllimlərin bilik, bacarıq və səriştəsinin bir növ diaqnostikasıdır: “ Burada söhbət hər hansı bir keçid balından getmir. Keçid balı söhbəti olarsa, o zaman bu attestasiya olacaq”.

İmtahan edilən müəllim Validə Axundova isə qeyd edir kİ, fənnü üzrə suallar çətin deyildi: “Dərs deyən hər bir müəllim heç bir çətinlik çəkmədən, 100 faiz olmasa da 90 faiz bu suallara cavab verməlidir. Mən fənn üzrə bütün suallara cavab yazdım. Kommunikativ suallar da normal idi. Amma kurikulumla bağlı suallarda əziyyət cəkdim. Buna baxmayarq onlara da cavab vermişəm. Artıq verdiyim cavabın düzgün olub-olmamasını isə bilmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm