Motosiklet yol qəzası törətdi: 3 ölü (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Motosiklet yol qəzası törətdi: 3 ölü (YENİLƏNİB)

Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mingəçevir Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlər motosikletin sürücüsü və sərnişinləri olub.

Faktla bağlı polis şöbəsində araşdırmalara başlanıb.

09:17

Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb.

Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm