2 nəfər dənizdə batdı
Bizi izləyin

Qırmızı.az

2 nəfər dənizdə batdı

Çimərlik mövsümünün dördüncü günündə dənizdə daha iki nəfər batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2002-сi il təvəllüdlü Namiq Nemət oğlu Nəzərov Bakı şəhəri, Xəzər rayonu hissəsində ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Vətəndaşın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:29-da başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, 1986-сü il təvəllüdlü Elmar Davud oğlu Davudov Mərdəkan qəsəbəsi istiqamətində Mil-Qaya adlanan ərazidə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:52-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm